Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
04.09.2013Sentyabrın 5-də saat 07.40 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində şəhər sakini Elçin Əsgərovun idarə etdiyi “Kinglon” markalı və Masallı rayon sakini Mirzəağa Ağarzayevin idarə etdiyi “Opel” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış M.Ağarzayev və sərnişini, həmyerlisi Aydan Məmmədova xəstəxanaya yerləşdirilmiş, M.Ağarzayev orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.