Bakı şəhər sakini Xadim Əlimətovun idarə etdiyi avtomaşında yanğın baş vermişdir
04.09.2013Sentyabrın 5-də saat 05.20 radələrində Bakı şəhər sakini Xadim Əlimətov idarə etdiyi “BMW” markalı avtomaşını Sabunçu rayonunda yaşayan Nurəddin Əliyevə məxsus evin darvazasına vurmuşdur. Nəticədə avtomaşında yanğın baş vermiş, salonun yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.