Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonunun Qarabağlı kəndi ərazisində rayon sakini S.Xəlilovun kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülmüşdür

30.08.2013

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağlı kəndi ərazisində kənd sakini Sərvər Xəlilovun kultivasiya yolu ilə yetişdirdiyi, çəkisi 21 kiloqram 250 qram olan 104 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

S.Xəlilovun evinə baxış zamanı əlavə 2 kiloqram 500 qram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 2 ədəd patron da aşkar edilərək götürülmüşdür.

S.Xəlilovun qardaşı, əvvəllər məhkum olunmuş Cahid şübhəli şəxs qismində saxlanılmışdır.

30.08.2013 tarixinə olan kriminal məlumatlar