Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Buzovna qəsəbə sakini Rəna Doludan şantaj yolu ilə pul və qızıl əşyaları tələb edən şəxsin Saatlı rayon sakini Elnur Həsənov olması müəyyən edilmişdir

30.08.2013

Avqustun 29-da Xəzər rayonu Buzovna qəsəbə sakini Rəna Dolu RPİ-yə ərizə ilə müraciət edərək Elçin Əsgərov adlı şəxsin avqust ayının əvvəlində onun haqqında rusvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3.000 manat dəyərində qızıl əşyalarını almasını, habelə avqustun 27-də yenidən hədələyib ondan 2.000 manat pul istəməsini bildirmişdir.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da həmin şəxs 1840 manat pulu R.Doludan alarkən tutulmuş və onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Həsənov olması müəyyən edilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

30.08.2013 tarixinə olan kriminal məlumatlar