Kürdəmir rayonu ərazisində qanunsuz olaraq dizel yanacağı satdığına görə polis əməkdaşı tərəfindən saxlanılarkən özünü yandırmağa cəhd göstərmiş Z.Ağayevin cəhdinin qarşısı alınmışdır
30.08.2013Avqustun 31-də saat 19.00 radələrində Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində "Kür-Araz çaylarının bəndatma" İdarəsində sürücü işləyən Sabirabad rayonunun Cavad kənd sakini Zabit Ağayev ora məxsus "UAZ" markalı avtomaşından qanunsuz olaraq dizel yanacağı satdığına görə həmin ərazidə xidmət aparan Kürdəmir RPŞ-nin polis sahə inspektoru, polis kapitanı Aqil Kərimov onu saxlayarkən Z.Ağayev özünü yandırmağa cəhd göstərmişdir. Sahə inspektorunun səyi nəticəsində bu cəhdin qarşısı alınmış, yüngül yanıq xəsarəti almış Z.Ağayev xəstəxanaya yerləşdirilmişdir.
Toplanmış materiallar rayon prokurorluğuna göndərilmişdir.