Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır
28.08.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.