Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

28.08.2013

Avqustun 29-da saat 19.30 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində Şəki şəhər sakini Mehman Mustafayevin idarə etdiyi “Opel” markalı və Zaqatala rayon sakini İlkin Nuriyevin idarə etdiyi “VAZ-21099” markalı avtomaşınlar toqquşmuş, sonradan İ.Nuriyev idarəetməni itirdiyindən avtomaşını ağaca çırpmışdır. Nəticədə İ.Nuriyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, həmyerlisi Eldar Məmmədov, habelə M.Mustafayevin sərnişini, həmyerlisi Aleksey Klinçev isə xəstəxanaya yerləşdirilmişlər, E.Məmmədov orada ölmüşdür.

BDYPİ tərəfindən araşdırma aparılır.

28.08.2013 tarixinə olan kriminal məlumatlar