Gəncə şəhəri N.Rəfibəyli küçəsində yaşayan T.Ələsgərova məxsus evdə partlayış baş vermişdir
28.08.2013Avqustun 29-da saat 14.45 radələrində Gəncə şəhəri N.Rəfibəyli küçəsində yaşayan Tofiq Ələsgərova məxsus 1 mərtəbəli 4 otaqlı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə 12 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarət almış T.Ələsgərov xəstəxanaya yerləşdirilmişdir.