Bakı şəhər sakini M.Əmirovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
20.08.2013Bakı şəhər sakini Məmmədbağır Əmirovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşın BDYP-nin Binəqədi rayonu ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı 2 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik tüfəng və 7 ədəd patron aşkar edilmiş və araşdırma aparılması üçün Binəqədi RPİ 40-cı PB-yə təhvil verilmişdir.
Araşdırma zamanı 1 ov tüfənginin və pnevmatik tüfəngin müvafiq sənədləri olduğundan sahibinə qaytarılmış, digər ov tüfəngi isə müvafiq sənədləri olmadığından götürülmüşdür.