Şəki şəhəri ərazisində T.Çələbiyev idarə etdiyi avtomaşını ağaca vurmuşdur
20.08.2013Avqustun 21-də saat 16.50 radələrində Şəki şəhəri ərazisində şəhər sakini Təbriz Çələbiyev idarə etdiyi “BMW-318” markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə T.Çələbiyevin sərnişini, həmyerlisi Rəsul İsmayılov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, şəhər sakini İbrahimxəlil Xəlilov xəstəxanaya yerləşdirilmişlər.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.