Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən Bakı-Güzdək neft borusu kəmərini kəsib oğurlamağa cəhd göstərmiş bir qrup şəxs saxlanılmışlar
20.08.2013Avqustun 21-də saat 05.00 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən istismarı dayandırılmış Bakı-Güzdək neft borusu kəmərini kəsib oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Nüsrət Babayev, Elnur Poladov, Mərdan Əliyev və Abşeron rayon sakini Sabir Ənvərli Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi RPİ 4-cü PB-yə təhvil verilmişlər.