Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2013

Avqustun 5-də saat 08.00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Anar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarındakı dəmir səddə vurmuşdur. Bunu görmüş Bakı şəhər sakini Rüstəm Məlikov kömək etmək məqsədi ilə idarə etdiyi “VAZ-21015” markalı avtomaşınından düşdükdə həmin istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Yaqub Heybətov “Opel” markalı avtomaşınla hər 2 avtomaşını və sürücüləri vurmuşdur. Nəticədə Y.Heybətov və A.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış R.Məlikov isə xəstəxanaya yerləşdirilmişdir.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

04.08.2013 tarixinə olan kriminal məlumatlar