Sabirabad rayon sakini S.Rzayevə məxsus mal-qaranı oğurlamış həmyerlisi P.Həsənov tutulmuşdur
04.08.2013Cari ilin may ayında Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisindəki otlaq sahəsindən kənd sakini Salamat Rzayevə məxsus bir baş inək oğurlanmışdır.
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Yenikənd kənd sakini Pərviz Həsənov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci ilin sentyabr ayından cari ilin aprel ayınadək olan müddət ərzində Quruzma kənd sakini Qəzənfər Hüseynova məxsus 3 baş inəyi də oğurlaması müəyyən edilmişdir.