Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini V.İsmayılovun digər cinayət əməlləri də müəyyən edilmişdir
04.08.2013Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Karif Şavandayevə məxsus “Daevoo” markalı avtomaşından akkumulyatorunu oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif İsmayılov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun V.Hüseynova, H.Ələkbərliyə, M.Abbasova, L.Hacıyevə, Ş.Rüstəmova, V.Sərdarova, T.Muradova və R.Osmanova məxsus avtomaşınlardan pul, qızıl və geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.