Ç.Qacarın evindən içərisində külli miqdarda pul və qiymətli əşyalar olan seyfi oğurlamış Bakı şəhər sakini N.Abbasova tutulmuşdur
04.08.2013DİN Baş Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Qacar Çingiz Oveys oğlunun evindən içərisində 60.000 dollar pul, suvenir qaşıq, bıçaq və çəngəl olan dəmir seyfi oğurlamış Bakı şəhər sakini Nərmin Abbasova tutulmuşdur.