Bakı şəhər sakini E.Namazova qarşı xuliqanlıq etmiş “KİA Sorento” markalı avtomaşının sürücüsü R.Rüstəmov və onun iki sərnişini saxlanılmışlar
02.08.2013Avqustun 3-də Bakı şəhər sakini Etibar Namazov Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək avqustun 2-də Təbriz küçəsində “KİA-Sportage” markalı avtomaşınını idarə edərkən yol-hərəkəti qaydalarnı pozan “KİA-Sorento” markalı avtomaşının sürücüsü və 2 sərnişini ilə aralarında yaranmış mübahisə zəminində sürücünün avtomaşının yük yerindən odlu silah çıxararaq onu öldürməklə hədələməsini bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Namazova qarşı xuliqanlıq etmiş “KİA Sorento” markalı avtomaşının sürücüsü, Kürdəmir rayon sakini Rövşən Rüstəmov və sərnişinləri - Bakı şəhər sakinləri Azər Mahmudov və əvvəllər məhkum olunmuş Elmar Mıkayılov saxlanılmışlar.
Avtomaşına baxış zamanı oradan 20 ədəd patron, sürücünün kirayədə yaşadığı evdən isə müvafiq sənədləri olan 1 ədəd “Sayqa” markalı tüfəng götürülmüşdür.