İsmayıllı rayonu Talıstan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.08.2013Avqustun 3-də saat 11.00 radələrində İsmayıllı rayonu Talıstan kəndinin ərazisində Xanlar şəhər sakini Namiq Nəsirov idarə etdiyi “VAZ-21015” markalı avtomaşınla yolu keçən kənd sakinləri Fəridə Məmmədovanı və qardaşı Ümidi vurmuşdur. Nəticədə xəsarət almış Ümid hadisə yerində, xəstəxanaya aparılan F.Məmmədova isə orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.