Abşeron rayon sakini Y.Mustafayevə məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini R.Yusifov saxlanılmışdır
02.08.2013Avqustun 3-nə kecən gecə paytaxtın Nizami rayonu M.Kazımov küçəsindən Abşeron rayon sakini Yasəf Mustafayevə məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 04.30 radələrində avtomaşını qaçırmış Bakı şəhər sakini Rövşən Yusifov N.Rəfiyev küçəsində avtomaşınla birlikdə saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Bakı şəhər sakini Hüseyn Məlikov ilə birgə Rza Xəlilova, Xanlar Zeynalova və Əminə Məmmədovaya məxsus “VAZ” markalı avtomaşınları da qaçırmaları müəyyən edilmişdir.