Şamaxı rayonu ərazisində yeraltı elektrik kabelini kəsərək oğurlamış şəxslər tutulmuşlar
26.07.2013Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də rayonun Çöl-Göylər kəndinin ərazisində Hacıqabul rayon magistral qaz kəmərləri sahəsinə məxsus yeraltı elektrik kabelinin 32 metr uzunluğunda hissəsini kəsərək oğurlamış Hacıqabul rayon sakinləri Nəbi Azadov, Orxan Gözəlov, Sabirabad rayon sakinləri Nurlan Abuşov və Emil Cəfərov tutulmuşlar.