M.Ə.Rəsulzadə qəsəbəsində yanan avtomaşının içərisindən Qazax rayon sakini Təhmiraz Məmmədovun yanmış meyiti tapılmışdır
26.07.2013İyulun 27-də saat 05.45 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində tikilməkdə olan evin həyətində “VAZ-2106” markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra Qazax rayon sakini Təhmiraz Məmmədovun yanmış meyiti tapılmışdır.