Göyçay rayonunun Bığır kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.07.2013İyulun 27-də saat 16.30 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində Şəkər kənd sakini Xalidə Məmmədova idarə etdiyi “Kia” markalı avtomaşını aşırmışdır. Nəticədə X.Məmmədovanın sərnişinlərindən Göyçay rayon sakini Zeynəb Mehdiyeva hadisə yerində ölmüş, digər sərnişini Günel Nəcəfova isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.