Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.07.2013İyulun 25-də saat 08.35 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri Ruslan Zalıyevin idarə etdiyi “Volkswagen” və Nadir Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşduqdan sonra R.Zalıyev idarəetməni itirərək yolu keçən Bakı şəhər sakini Məlahət Əlləzovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Əlləzova orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.