Bir rəst atı oğurlamış Ağdam rayon sakini Şəmsi Şirinov tutulmuşdur
24.07.2013İyulun 23-də Tərtər rayonunun Cəmilli kənd sakini Elcan Hüseynova məxsus 1 rəst at otlaq sahəsindən oğurlanmışdır.
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakini Şəmsi Şirinov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, iyulun 6-da Əskipara kənd sakini Rövşən Abdullayevə məxsus 1 rəst atı da oğurlaması müəyyən edilmişdir.