Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.07.2013İyulun 25-də saat 22.45 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Seyidəli Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını yolu kənarında saxlanılmış üzərində dövlət qeydiyyat nişanları olmayan traktora vurmuşdur. Nəticədə S.Quliyevin xəsarət almış sərnişini, arvadı Rəhiməxanım hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.