Nəsimi rayonu Bakıxanov küçəsində sərnişin avtobusunda tüfəngdən atəş açaraq Bakı şəhər sakini V.Məmmədovu qətlə yetirmiş A.Xəlilov tutulmuşdur
16.07.2013İyulun 17-də saat 13.15 radələrində Nəsimi rayonu Bakıxanov küçəsində “Daevoo” markalı xətt avtobusunda Bakı şəhər sakini Anar Xəlilov tüfəngdən atəş açaraq paytaxt sakini Vəfadar Məmmədovu qətlə yetirmişdir.
Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Xəlilov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi lüləsi kəsilmis öv tüfəngi ondan götürülmüşdür.