Sumqayıt şəhər sakini C.Allahverdizadəyə məxsus avtomaşından oğurluq etmiş A.Cəfərov tutulmuşdur
16.07.2013İyulun 17-də Sumqayıt şəhəri "Corat bağları" adlandırılan ərazidə şəhər sakini Cavanşir Allahverdizadəyə məxsus “Toyota-Prado” markalı avtomaşından açıq qalmış qapıdan girmək yolu ilə 35 manat pul və şəxsi sənədləri oğurlanmışdır.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Cəfərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun iyulun 16-da Rusiya Federasiyası vətəndaşı Marqarita Dobrosmıstlovaya məxsus şəxsi sənədləri, 2 ədəd brilliant qaşı, 11500 rubl pulu, metal boyunbağını, tütün məmulatını, çantanı və gün eynəyini oğurlaması da müəyyən edilmişdir.