Yasamal rayonu ərazisindəki "ZenitBet" adlı klubda Bakı şəhər sakini R.Əlişovun qanunsuz mərc oyunları təşkil etməsi müəyyən edilmişdir
16.07.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu Z.Xəlilov küçəsindəki “ZenitBet” adlı klubda Bakı şəhər sakini Rafiq Əlişovun qanunsuz futbol mərc oyunları təşkil etməsi müəyyən edilmişdir.
Oraya baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd monitor, 6835 manat dəyərindəki 86 ədəd üzərində “ZenitBet” yazılmış kupon qəbzlərin kötükləri, 254 manat və 100 ABŞ dolları aşkar edilərək götürülmüşdür.