Nəsimi rayonu ərazisindəki parkda M.Məmmədova qarşı zor tədbiq edərək mobil telefonunu ondan almış O.Nəbiyev tutulmuşdur
07.07.2013İyulun 7-də Nəsimi rayonu Puşkin küçəsindəki parkda naməlum şəxs Bakı şəhər sakini Mahir Məmmədova qarşı zor tədbiq edərək mobil telefonunu ondan almışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Nəbiyev tutulmuşdur.