Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
07.07.2013İyulun 8-də saat 19.00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində Masallı rayon sakini Rahib Eyvazov idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşını yolun kənarındakı reklam dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış R.Eyvazov və sərnişinləri, Masallı rayon sakinləri Sona Fərəcova, Simuzər Hüseynova, Ərşə Əhmədova, Cəlilabad rayon sakini Rövşən Abbasov və Yardımlı rayon sakini Seyvan İbayev xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.