Lənkəran rayonunun Şirinsu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.07.2013İyulun 8-də saat 01.45 radələrində Lənkəran rayonunun Şirinsu kəndi ərazisində rayon sakini Aqil Alxasov idarə etdiyi “VAZ-2115” markalı avtomaşını qarşıda gedən Liman şəhər sakini Kamran Həbibovun idarə etdiyi “KamAZ” markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış A.Alxasov və sərnişini, Lənkəran şəhər sakini Turan Quluzadə xəstəxanaya yerləşdirilmişlər. T.Quluzadə orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.