Oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Leyla Nadirova tutulmuşdur
04.07.2013Cari ilin iyun ayının 29-da Tərtər rayonunun İrəvanlı kənd sakini Mais Əliyevin evindən 1000 manat dəyərində qızıl əşyaları oğurlanmışdır.
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini Leyla Nadirova tutulmuşdur.