Lənkəran şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
04.07.2013İyulun 5-də saat 07.45 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakinləri Balaxan Heydərovun idarə etdiyi “VAZ-2107” və Zülfü Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış B.Heydərov və sərnişini, həmyerlisi Əmrah Heydərov ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.