Lənkəran şəhərinin Viləvur kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.07.2013İyulun 5-də saat 15.30 radələrində Lənkəran şəhərinin Viləvur kəndi ərazisində Masallı rayon sakinləri Mirzəhəsən Cahangirovun idarə etdiyi “Mercedes” markalı və Orucəli Şirəliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə O.Şirəliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Viləvur kənd sakini Mübariz Rəsulov isə xəstəxanaya yerləşdirilmişdir.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.