Bakı şəhər sakini Ramil Quliyevə qarşı quldurluq etmiş şəxslər tutulmuşdur
25.06.2013İyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus “Opel” markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərmiş, döyərək pul verməsini tələb etmiş, Ramil pulu olmadığını dedikdə isə düşərək getmişlər.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulmuşlar.
Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xəqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini də almaları müəyyən edilmişdir.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulmuşdur.
RPİ tərəfindən araşdırma aparılır.