Ağcabədi rayonunun Qaravəlli kənd sakini İslam Əliyevi qətlə yetirmiş Qabil Heydərov tutulmuşdur
25.06.2013İyunun 26-da Ağcabədi rayonunun Qaravəlli kəndində kənd sakini İslam Əliyev qayınatası Heydərin evində olarkən baş vermiş ailə münaqişəsi zəminində bıçaqla baldızı Əfruz Əmiraslanovaya qol nahiyəsindən xəsarət yetirmiş, hadisəyə müdaxilə etmiş Əfruzun qohumu Qabil Heydərov isə taxta parçası ilə İslamı vurmuşdur.
İ.Əliyev aldığı xəsarətdən ölmüşdür.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Heydərov isə tutulmuşdur.