Bir nəfəri qətlə digərinə isə xəsarət yetirməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Şirvani Əhmədov barəsində əməliyyat axtarış tədbirləri aparılır
25.06.2013İyunun 27-də Xətai rayonu ərazisində Mingəçevir şəhər sakini Şirvani Əhmədov münaqişə zəminində külünglə Cəlilabad rayon sakini Samir Babayevə və 20-25 yaşlı Nicat adlı şəxsə xəsarətlər yetirib hadisə yerindən qaçmışdır.
S.Babayev və Nicat xəstəxanaya yerləşdirilmiş, Nicat orada ölmüşdür.
Xətai RPİ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.