Avtomaşın qaçırmış Xudat şəhər sakini Feyzulla Nurməmmədov tutulmuşdur
23.06.2013İyunun 24-də Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən kənd sakini Cəlaləddin Aydəmirova məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılmışdır.
Avtomaşın həmin gün Şabran rayonunun Rəhimli kəndi ərazisində tapılmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Xudat şəhər sakinlərindən əvvəllər məhkum olunmuşlar Feyzulla Nurməmmədov tutulmuş, Vaqif Əliquliyev isə müəyyən edilmişdir.