Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Qobustan rayon sakini Mais Abdullayev ölmüşdür
23.06.2013İyunun 1-də Şamaxı rayonu ərazisində rayon sakini Tahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı və Qobustan rayon sakini Mais Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü xəstəxanaya yerləşdirilmişlər.
M.Abdullayev iyunun 24-də orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.