Şəmkir rayonunun Qasımallar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.06.2013İyunun 24-də saat 12.00 radələrində Şəmkir rayonunun Qasımallar kəndi ərazisində Abşeron rayon sakini Anar Rüstəmovun idarə etdiyi “Ford” markalı yük avtomaşını ilə Ağdam rayon sakini Yaşar Alıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Y.Alıyevin sərnişinlərindən Kürdəmir rayon sakini Valeh Vəliyev hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, Kürdəmir rayon sakini Zamiq Qafarov isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.