Şəmkir rayonunun Qasımmallar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.06.2013İyunun 23-də saat 21.00 radələrində Şəmkir rayonunun Qasımmallar kəndi ərazisində Gəncə şəhər sakini Xaliq İsgəndərovun idarə etdiyi “VAZ-21214” markalı və Gədəbəy rayon sakini Elxan Tağıyevin idarə etdiyi “Ford Karqo-3430” markalı avtomaşınlar toqquşmuşdur. Sonradan idarəetməni itirmiş Xaliq İsgəndərov avtomaşınını yolun kənarında saxlanılmış Cəncə şəhər sakini Seymur Cümşüdovun idarə etdiyi “Ford Karqo-3430” markalı avtomaşına vurmuşdur. Nəticədə X.İsgəndərovun sərnişini, Gəncə şəhər sakini Elman Məmmədzadə hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.