Bakı şəhər sakini Allahverdi Piriyevə məxsus anbarda yanğın baş vermişdir
22.06.2013İyunun 23-də saat 08.00 radələrində Nərimanov rayonu H.Mirzəyev küçəsində Bakı şəhər sakini Allahverdi Piriyevə məxsus anbarda yanğın baş vermişdir. Nəticədə 450 kvm. sahədə yanar konstruksiyalar və oraya yığılmış parket yanmış və sonradan yanğın anbara bitişik Azad Məmmədova və Bəxtiyar Əhmədova məxsus mənzillərə də keçmişdir. Nəticədə A.Məmmədovun mənzilinin 40 kvm-lik hissəsində yanar konstruksiyalar və oradakı əşyalar B.Əhmədovun mənzilinin isə 30 kvm-lik dam örtüyü yanmışdır.