Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
22.06.2013İyunun 22-də saat 20.15 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Yevlax rayon sakini Savalan Bəndəliyevin idarə etdiyi “Hyundai”, Bozalqanlı kənd sakini Ceyhun Əsədovun idarə etdiyi “Mercedes”, Ağdam rayon sakini Habil Məmmədovun idarə etdiyi “Mercedes”, Yuxarı Öysüzlü kənd sakini Elmar Məmmədovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini İsax Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə “Hyundai”, “Ford Tranzit” və “VAZ-2106” markalı avtomaşınlarda yanğın baş vermiş, S.Bəndəliyev, İ.Əliyev, E.Məmmədov və S.Bəndəliyevin sərnişini, Gəncə şəhər sakini Tural Ramazanov, habelə E.Məmmədovun sərnişinləri, Yuxari Öysüzlu kənd sakinləri Turab Abbasov, Xəyyam Abbasov avtomaşınların salonunda yanaraq ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.