Aprelin 27-də E.Hüseynovun avtomaşınından maqnitofonunu oğurlamış Bakı şəhər sakini R.Qonçarov tutulmuşdur
20.06.2013Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Eldəniz Hüseynovun avtomaşınından maqnitofonunu oğurlamış Bakı şəhər sakini Ruslan Qonçarov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Ramiz Alıyevə və Eldar Quliyevə məxsus avtomaşınların şüşələrini sındırması da müəyyən edilmişdir.