Şahbuz rayonunda "Gəmiqaya Yol-Su Enerji" MMC-nin işçisi Ə.Məcnunov ehtiyatsızlığı nəticəsində iş yoldaşı N.Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirmişdir
20.06.2013İyunun 20-də Şahbuz rayonunun Kolanı kəndi ərazisində “Gəmiqaya Yol-Su Enerji” MMC-nin işçisi Əli Məcnunov ekskavatoru təmir edərkən ehtiyatsızlığı nəticəsində iş yoldaşı Natiq Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirmişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Taroyev iyunun 21-də orada ölmüşdür.