Astara rayonunun Maşxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.06.2013İyunun 21-də saat 16.00 radələrində Astara rayonunun Maşxan kəndi ərazisində İran vətəndaşı Bağeri Behzad Cəlil oğlunun idarə etdiyi “İveco NT-36-330” markalı və Şiyəkəran kənd sakini Nəsir Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Həsənov və sərnişinlərindən qızı Natavan aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - nəvələri Rəşad və Əli isə xəstəxanaya yerləşdirilmişlər.
Astara RPŞ tərəfindən araşdırma aparılır.