Sumqayıt şəhər sakini Ş.Əhmədov münaqişə zəminində keçmiş arvadını və onun atasını döyüb hadisə yerindən qaçmışdır
18.06.2013İyunun 19-da Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki 5 saylı Yataqxananın həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Əhmədov münaqişə zəminində orada yaşayan keçmiş arvadı Təranəni və onun atası Təyyar Hüseynovu döyüb hadisə yerindən qaçmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Hüseynov orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.