İyunun 17-də Şüvəlan qəsəbəsinin ərazisində Z.Nəzərovdan mobil telefonunu almış X.Rəfiyev tutulmuşdur
18.06.2013İyunun 17-də Şüvəlan qəsəbəsinin ərazisində Xanlar Rəfiyev Zaur Nəzərovdan mobil telefonunu alıb hadisə yerindən qaçmışdır.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Rəfiyev tutulmuş, onun evinə baxış zamanı 311,5 qram marixuana da aşkar edilərək götürülmüşdür.