Beyləqan rayonu Aşağı Çəmənli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2013İyunun 19-da saat 11.00 radələrində Beyləqan rayonu Aşağı Çəmənli kəndinin ərazisində kənd sakini Hüseyn Həşimov idarə etdiyi “MTZ-80” markalı qoşqusu olan traktoru yolun kənarındakı su kanalına aşırmışdır. Nəticədə qoşquda sərnişin qismində gedən Aşağı Çəmənli kənd sakini Elməddin Cəfərov hadisə yerində ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.