Gün ərzində 70 cinayət faktı qeydə alınmışdır
14.06.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 70 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.