Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Tovuz rayonunun Ağbulaq kənd sakini Sevinc Abuzərova ölmüşdür
14.06.2013İyunun 14-də Tovuz rayonunun Ağbulaq kəndi ərazisində Qoşa kənd sakini Etibar Qurbanov idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomaşınla kənd sakini Sevinc Abuzərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Abuzərova iyunun 15-də orada ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.